İslam

Azərbaycanda Qurban bayramı namazı nə vaxt qılınacaq? – QMİ açıqladı

14-08-2018, 15:25
Azərbaycanda Qurban bayramı namazı nə vaxt qılınacaq? – QMİ açıqladı
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

"Report” xəbər verir ki, ilk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəisə bayram namazını Təzəpir məscidində qılacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]