İqtisadiyyat

İlham Əliyev böyük kredit aministiyası verəcək

23-10-2016, 01:37
İlham Əliyev böyük kredit aministiyası verəcək
Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini "bir dam altında” birləşdirməyi planlaşdırır.

Gununsesi.info-nun məlumatına görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

R.Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:

"Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.

Bir qədər öncə istiqlal.az Azərbaycanda böyük kredit aminitiyası gözlənilməsi ilə bağlı xəbər yaymışdı. 

Bank sektorundakı mənbəyə istinadən yayılan xəbərə görə, 10 min  dollara qədər kredit borcu olanların borcları  indiki məzənnə ilə deyil, köhnə məzənnə ilə (1 dollar 1.05 qəpik) ilə hesablanacaq. Bu 20 dekabr 2015-ci il tarixə qədər kredit götürənlərə şamil ediləcək.

Mənbə bildirmişdi ki, yayihə Maliyyə Bazarlarına Nəzarət Palatası və prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik etdiyi işçi qrupla birgə hazırlanıb. Layihədə dollar kreditlərinə güzəşt müqabilində banklara dövlət təzminatının mexanizmi də əksini tapıb".

Mənbə bildirmişdi ki, 10 minədək olan dollar kreditlərinin kompensasiyası  belə olacaq: "Dollarla borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə Mərkəzi Bankın simasında dövlət qarşılayacaq.  360 min ölkə vətəndaşını əhatə edən bu proqramı az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacibdir.  Hesablamalara görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində Mərkəzi Bank tərəfindən əldə olunmuş həmin 5 milyard manatın bir hissəsi çıxış edəcək".

İstiqlal.az xatırladır ki, bank sektorunda problemli kreditlərin ümumi məbləği 1.5 milyard manatı aşır (Beynəlxalq Bankın kreditlərini çıxmaq şərti ilə). Təxminlərə görə, bunun 1/3-i vətəndaşların payına düşür.

R.Aslanlının sözlərindən belə aydın olur ki, layihə artıq tamamlanıb, son dəqiqləşmə işləri aparılır. Güman ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]