İqtisadiyyat

SOCAR məmurları məhşər ayağına çəkir - SENSASİON GİZLİNLƏR

21-09-2016, 23:42
SOCAR istiqrazlarının kimlərə satılacağı məlum olub İqtisadi böhranın dərinləşdiyi vaxtda Dövlət Neft Şirkətinin bu siyasətindəki detalları öyrənib. Saytımızın əməkdaşına xəbər verilib ki, SOCAR istiqrazları şirkətin idarə müdirlərinə və müavinlərinə, iri kapitalı olan neft idarələrinin rəislərinə məcburi qaydada satılması nəzərdə tutulub. Müxbirimizə deyilib ki, SOCAR böhrandan çıxmaq üçün korrupsiya pulları ilə varlanmış idarə müdirlərini məhşər ayağına çəkməyə başlayıb. Onların qazandığı qeyir-rəsmi milyonların müsadirə olunmasının inzibati yolu kimi məcburi şəkildə istiqraz satılması planlaşdırılıb. Qaynağımız qeyd edib ki, buna etiraz edəcək idarə rəislərini ağır cəza gözləyir və ən pis halda vəzifə ilə vidalaşmalı olacaqlar. Ona görə də SOCAR-ın neft pullarından oliqarxa çevrilmiş məmurlarına bildirilib ki, həmin istiqrazları zorla almalıdırlar. Çünki bu istiqrazları başqa şəxslərə satmaq mümkün deyil. Məlum olduğu kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Dövlət Neft Şirkətinin (SOCAR) hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 000 ədəd faizli, sənədsiz, təmin edilməmiş istiqrazların buraxılışı qeydiyyata alınıb. O Onların emissiya prospekti təsdiq edilib.Məcmu nominal dəyəri 100 000 000 ABŞ dolları olan istiqrazların tədavül müddəti 5 ildir və illik gəlirlik dərəcəsi 5%-dir. SOCAR-ın istiqrazlarına abunə yazılışı 20 sentyabr - 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazların yerləşdirilməsi isə Bakı Fond Birjasında 13-14 oktyabr 2016-cı il tarixlərində keçiriləcək.SOCAR vətəndaşları üçün istiqraz buraxmağa hazırlaşsa da, vətəndaşların həmin qiymətli kağızları almaq üçün vəsaiti yoxdur. Bu baxımdan həmin kağızlar idarə rəislərinə, ayrı-ayrı komitə rəhbərlərinə satılacağı gözlənilir. Bununla böhrandan çıxmaq üçün bir variant olduğu hesab edilir.(politika)Mənbənin qeydlərinə görə, SOCAR-da kifayət qədər sərvətləri olan, milyonlara və xaricdə daşınmaz əmlaka malik olan rəhbər şəxslər var. Bu haqda media da zaman-zaman yazıb və onların kimliyini açıqlayıb. Elə bunlardan biri SOCAR-da vitse-prezident Mikayıl İsmayılov, Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev və digərlərini göstərmək olar. Sonuncusu arvadına 16 villa almaqla bağlı mətbuatın gündəminə gəlmişdi. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 Gundelik-baku.com

  

Administratorla əlaqə

077 611-55-22

[email protected]