İqtisadiyyat

Bakıda dollar satışı dayandırıldı

30-08-2016, 18:43
Bu gündən etibarən Azərbaycan bankları xarici valyuta satışını dayandırıb.

Satışın dayandırılmasının səbəbini "Bank Respublika”da izah etməkdə çətinlik çəkiblər və bildiriblər ki. bu "bankın daxili qərarıdır”. "AtaBank”da və AFB-də deyiblər ki, bu banklarda artıq bir neçə gündür dollar satılmır.

"Nikoil Bank”dan verilən xəbərə görə, avqustun 30-dan bütün növ xarici valyutanın satışını dayandırıblar.

Qeyd edək ki. bugünkü hərracda 29 kommersiya bankı Dövlət Neft Fondunun satışa çıxardığı 50 milyon dolları alıb. Qeyri-rəsmi məlumata görə, tələbat təklifdən xeyli yüksək olub. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]