İqtisadiyyat

Məmurlar dollar satışında “qara bazar” açıb - Şərh

28-08-2016, 13:20
"Valyutadəyişmə məntəqələrinin ləğvinin ilk gündən anormal qərar olduğunu demişdim. İndi bu anormallığı hamı görür”

Bunu Politika.Az-a iqtisadçı-ekspert Qadir İbrahimlivalyutadəyişmə məntəqələrin ləğvindən sonra yaranmış ajiotajla bağlı danışarkən deyib. 
Məmurlar dollar satışında
Onun sözlərinə görə, hazırda leqal valyutadəyişmə məntəqələrini "qara bazar” əvəzləyib: "Süni ajiotaj yaradılır və böyük məbləğli xarici valyutalar da qara bazarda satılır. Qara bazar kimə sərfəlidir?

Təbii ki, dollar satışını monopoliyaya götürmək istəyən banklara. Qara bazarın satıcıları da bankları əməkdaşları və ya onların puldəyişənləridir. 
Ən başlıcası isə Azərbaycan turizm ölkəsinə çevrilməyə iddialıdır və 24 saat işləyən valyutadəyişmə məntəqələrinin olmaması absurddur”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]