İqtisadiyyat

Qanpulunu ödəməyən sığorta şirkəti...

7-08-2016, 03:12

Qanpulunu ödəməyən sığorta şirkəti...Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi sığorta şirkətləri ilə iyul ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta ilə əlaqəli 3241 xəbər yerləşdirilib – 1081 xəbərdə söhbət konkret şirkətdən gedib. Bunlardan 864-ü neytral, 217-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Alfa İnsurance, Rəvan Sığorta , Başak-İnam Sığorta, Azərqarant Sığorta, Bakı Sığorta şirkətləri – (40 xəbər – 5 sığorta şirkətinin bağlanması iddiaları), Dövlət Sığorta Kommersiya Şirkəti (16 xəbər - şəhid ailələrinə qanunda nəzərdə tutulan sığorta ödənişini – qanpulunu verməkdən imtina edir) və ATA Sığorta şirkətinə (1 xəbər – sığorta şirkətindən şikayət) məxsusdur. İyul ayında bu sektorla əlaqəli elektron mətbuatda müsbət xəbər yerləşdirilməyib.

Xəbər sayına görə sıralama:
1. Rəvan Sığorta 159 xəbər
2. Alfa İnsurance (Sığorta) 102 xəbər
3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 88 xəbər
4. Bakı Sığorta 73 xəbər
5. Atəşgah Sığorta 65 xəbər
6. Paşa Sığorta 63 xəbər
7. Paşa Həyat Sığorta 62 xəbər
8. Başak-İnam Sığorta Şirkəti 62 xəbər
9. Azərqarant Sığorta 61 xəbər
10. Dövlət Sığorta Kommersiya Şirkəti 53 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 227 xəbər dərc edilib – 89 xəbərdə konkret şirkətin adı qeyd olunub. Bu xəbərlərdən 21-i mənfi, 68-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər Alfa İnsurance, Rəvan Sığorta , Başak-İnam Sığorta, Azərqarant Sığorta, Bakı Sığorta şirkətləri – (4 xəbər – 5 sığorta şirkətinin bağlanması iddiaları) və Dövlət Sığorta Kommersiya Şirkətinə (1 xəbər - şəhid ailələrinə qanunda nəzərdə tutulan sığorta ödənişini – qanpulunu verməkdən imtina edir) məxsusdur. İyul ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc edilməyib.

Xəbər sayına görə sıralama:
1. Bakı Sığorta 10 xəbər
2. Alfa İnsurance 9 xəbər
3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 8 xəbər
4. Beynəlxalq Sığorta Şirkəti 7 xəbər
5. Başak-İnam Sığorta Şirkəti 7 xəbər
6. Atəşgah Sığorta 5 xəbər
7. ATA Sığorta 5 xəbər
8. Rəvan Sığorta 4 xəbər
9. Azərqarant Sığorta 4 xəbər
10. AXA MBASK Sığorta 4 xəbər

İyul ayında televiziya kanallarında sığorta şirkətlərinə məxsus 3 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2 xəbər
2. Alfa İnsurance (Sığorta) 1 xəbər
Radio kanallarında iyul ayında bu sektorla əlaqəli xəbər verilməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]