İqtisadiyyat

Azərbaycan əhalisinin bank əmanətləri 20 faiz azalıb

9-07-2016, 00:12

1 iyun 2016-cı il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 7 mlrd. 565,9 mln. manat təşkil edir.

Xeberman.com saytının verdiy məlumata görə, bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə Mərkəzi Bankdan məlumat verilib.

Xəbər verildiyi kimi, 2015-ci ilin sonuna banklarda əhalinin əmanətləri 9 mlrd. 473,9 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-may aylarında əhalinin bank əmanətləri 20,1% azalıb.

2016-cı ilin may ayında əhalinin əmanətlərinin azalması tendensiyası saxlanılıb. Xüsusilə hesabat ayında əmanətlər 119,1 mln. manat və ya 1,5% azalıb.

2015-ci ildə əhalinin bank əmanətləri manatın iki dəfə devalvasiyası nəticəsində 33,6% artıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]