İqtisadiyyat

Aparıcı investisiya bankları Londonu qorumaq qərarına gəlib

7-07-2016, 21:12
"Goldman Sachs" və "JP Morgan" daxil olmaqla iri investisiya bankları Londonun beynəlxalq maliyyə üzrə yüksək mərkəzdə qalmasına yardım etmək üçün çalışacaqlarını bildiriblər.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə bankların B.Britaniyanın maliyyə naziri Corc Osborn (George Osborne) ilə hazırlanan birgə bəyanatında qeyd olunub.

"Britaniyanın Avropa İttifaqını tərk etməsi qərarı aydın iqtisadi çağırışlar gətirir ki, birgə işləyərək bu çağırışları qarşılamaqda qərarlıyıq", - deyə bəyanatda bildirilib.
"Standard Chartered", "Bank of America Merrill Lynch", "Morgan Stanley", həmçinin "Goldman Sachs" və "JPMorgan"ın yüksək vəzifəli şəxsləri C.Osborn ilə görüşüb və yekun bəyanatı imzalayıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]