İqtisadiyyat

Rövnəq Abdullayevin oğlu İbrahimovların “Quzu”sunu aldı

11-06-2016, 01:50
Rövnəq Abdullayevin oğlu İbrahimovların “Quzu”sunu aldıBir müddət əvvəl İstanbulda yol polisləri tərəfindən saxlanılan və qalmaqal çıxaran Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevlə bağlı maraqlı məlumat əldə etmişik. 24saat.org-a daxil olan məlumata görə, Türkiyədə biznes imperiyası quran Rəşad Abdullayev Azərbaycanda məmur-oliqarxlardan birinə məxsus restoranı satın alıb.
Məlumatda deyilir ki, həmin məmur Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. "Quzu” adlanan restoranı Nazim İbrahimovun kiçik qardaşı Sahib İbrahimov idarə edirmiş. Lakin son vaxtlar İbrahimovların uğursuzluq zolağına düşməsi onları restoranı Rəşad Abdullayevə dövr etməyə məcbur edib.
Bildirilir ki, Rəşad Abdullayev Türkiyədə biznesləri olan digər məmurların da obyektlərinə göz dikib. Lakin hələ ki, İbrahimovlardan başqa heç kim obyektini ona satmayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]