İqtisadiyyat

Vergilər Nazirliyinin əməkdaşı şantaj və hədə qorxu gəlmək yolu ilə 1 mln 200 min manat hagg tələb edir

5-04-2016, 18:11
Vergilər Nazirliyinin əməkdaşı şantaj və hədə qorxu gəlmək yolu ilə 1 mln 200 min manat hagg tələb edir

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı şantaj və hədə qorxu gəlmək yolu ilə prezident İlham Əliyevin yaxın qohumu Fərid Əliyevə məxsus olan Nur İnşaaat (Altes Group) şirkətinin rəhbərindən pul qoparmaq istəyindədir. Vergilər nazirliyinin İstintaq departamentinin  təhlükəsizlik şöbəsinin  əməkdaşı Vüqar Namazov iddia edir ki, o, Yasamal rayonunun Bəsti Bagırov küçəsində  yerləşən Emerald Palace yaşayış binasında VİTR Fitnes klubu açmaq üçün böyük bir sahəni icarəyə göturərək təmir edib və bunun əvəzində  Nur İnşaat şirkəti şəxsən ona 1 200 000 manat pul ödəməlidir. Bunu Böyük Britaniya vətəndaşı olan Nur İnşaat şirlətinin direktoru Rüstəm Abdullayev bildirib.

 

Qarşısına qoyduğu məqsədə çatmaq üçün Vergilər Nazirliyinin müfəttişi  və biznesmen  ağıla sığmayan yollara əl atmaq qərarına gəlib.  Bu çirkin əməlində informasiya dəstəyi qazanmaq üçün Namazov "sarı mətbuata” üz tutub və artıq iki həftədir ki, tikinti şirkəti rəhbərliyini ləkələmək məqsədilə iftira dolu yazılar yazdırır, Fərid Əliyevi ətrafında qalmaqalın hələ də səngimədiyi  sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tərəfdaşı kimi cəmiyyətə təqdim etməyə çalışır.

 

Vergilər Nazirliyinin əməkdaşı və  fitnes klub sahibinin banklara 600 min ABŞ dolları borcu var

 

Bütün bu qalmaqal 2014-cü ildə Böyük Britaniya vətəndaşı və Nur İnşaat şirkətinin rəhbəri Rüstəm Abdullayevlə Vüqar Namazovun keçmiş şəriki Ceyhun Vəliyev arasında  Emerald Palace yaşayış binasında müəyyən ərazinin icarəyə götürülməsi barədə müqavilənin baglandığı andan başlayıb.

 

2014-cü ilin sentyabrından 2019-cu ilin eyni ayına qədər  Namazov  icarəyə verən qarşısında hər ay 9 000 manat pul ödəyəcəyi barədə öhdəlik götürüb.

 

Qeyd edək ki,  icarəyə verənlər  Namazov şəxsən danışıqlar aparıb, Vəliyevin imzası isə formal xarakter daşıyıb ( bir qədər sonra Namazov sənədləri xanımının adına keçirib). Fitnes klubun da sahibi Namazovun özüdür. Amma o zamanlar nə Fərid Əliyev, nə də Rüstəm Abdullayev icarəyə götürənin Vergilər Nazirliyi əməkdaşı olduğunu bilməyib. Namazov bu məlumatı sirr saxlayaraq özünü idmançı kimi təqdim edib və bu  təsadüfi olmayıb.  Belə ki, Namazovun  qanuna əsasən sahibkar fəaliyyəti göstərmək hüququ yoxdur.

 

Rüstəm Abdullayevin dediyinə görə,  artıq onda o, Namazovla hər hansı əməkdaşlıq etməsindən təəsüflənib. " 2014-cü ilin mayında o yanımıza gəldi  və binada sahə icarəyə götürmək niyyətində oldugunu bildirdi. Biz onun idmançı olduğunu (o, özünü belə təqdim edirdi),  öz biznesini qurmaq istədiyini düşündük. O, bizə vaxtlı vaxtında ödəniş edəcəyinə söz verdi. Müqaviləyə görə, Nur İnşaat Vüqar Namazovu 2014 –cü ilin sentyabrına kimi,  yəni sahəni təmir etdiyi  4 ay müddətinə icarə haqqından azad etdi. Beləliklə, müqavilə imzalayarkən  sənədin şərtlərinə görə, Vuqar Namazov 3 aylıq icarə haqqını ödədi və növbəti icarə pulunu 2015-ci ilin yanvarında  verəcəyini öhdəsinə götürdü.

Yanvarda Namazov  təmir işlərinin uzandığını  deyərək növbəti yeddi ayda bir qəpik də olsun icarə haqqı vermədi. Bununla da o, müqavilənin şərtlədini pozdu. Və yalnız 2015-ci il avqustun 5-də , yənı razılaşmanın imzalandığı gündən  15  ay keçəndən sonra 2000 manat ödəyərək borclarını baglamaq şərti ilə aylıq haqqı vaxtı vaxtında verəcəyini dedi. Amma sözünün üstündə durmadı.

19 aylıq icarə müddətində Namazov  171 000  manat əvəzinə 66 000 manat ödəyib. Beləliklə, onun borcu bu günə elektrik haqqını çıxmaq şərti ilə 105 min manat təşkil edir”, —  deyə R.Abdullayev vurğulayır.

R.Abdullayevin dediyinə görə, şirkət  əməkdaşları Namazovdan icarə haqqını qəpik-qəpik qoparmaga çalışıb. Halbuki həmin vaxta fitnes klubun  ayda 80 manat  abunə haqqı ödəyən 1200 müştərisi olub. Yəni Namazovun aylıq  gəliri 96 min  manat təşkil edib.

Bu arada Abdullayev müəyyən edib ki,  Namazovun müxtəlif banklara 600 min ABŞ dolları borcu yığılıb və onun bütün əmlakı girov qoyulub. Məsələn, trenajor aldığına görə onun TEXNOJYM şirkətinə 38,700 ABŞ dolları, idman mərkəzində təmir işləri aparan podradçıya isə 12,500 manat  borcu var. "Bu rəqəmlər dəqiqdir. Həmin adamlar bizim şirkətə gəlib və mən şəxsən onlarla görüşmüşəm. Məncə, məhz bu səbəbdən Namazov müxtəlif yollarla bizdən 1 200 000 manat almaq, kreditlərini qaytarmaq və əmlakını geri götürməyə çalışır. O iddia edir ki, klubun təmirinə məhz bu qədər pul xərcləyib. Amma o, yalan danışır. Mən  audit təşkil etməyə və təmirin dəyərini müəyyənləşdirməyə hazıram. Şərtləri yerinə yetirmədiyi üçün mənim birtərəfli qaydada müqaviləni pozmaq hüququm var”, —  deyə Abdullayev bildirib.

 

Vergilər Nazirliyinin əməkdaşı Altes Group şirkətinin hazırda axtarışda olan vitse prezidenti ilə iş birliyinə girib.

https://vesti.az/news/190356

İcarə haqqı borcu Nur İnşaat şirkətinin Namazovun yaratdığı  yeganə baş ağrısı deyil. V.Namazov həmçinin böyük həcmdə istehlak etdiyi elektrikin haqqını da ödəmək istəmir.

 

«Biizm o ərazidə 3 binamız var və onların hər biri 123 kilovatt/saat elektrik enerjisi istehlak edə bilər. Amma tək o 120 kilovatt/saat elektrik istehlak edib. Həmin vaxt sakinlərin sayının az olması və liftlərin çoxunun işləməməsi səbəbindən biz ona belə imkan yaratmışdıq. O zamanlar altı liftdən üçü çalışırdı. Onun isə saunası, istilik sistemi və xeyli sayda trenajoru işləyirdi. Namazov düşünürmüş ki, hər binaya 370 kilovat/saat elektrik enerjisi norması ayrılıb. Onun təkcə işıq pulu borcu 17 min manatdır. Bu səbəbdən "Bakielektrikşəbəkə” tərəfindən bizə elektrik enerjisi verilişinin  dayandirılması təhlükəsi yarandı. Təkcə Namazovun günahı üzündən  binanın bütün sakinləri işıqsız qala bilərdi. Əlbəttə biz buna yol vermədik. Odur ki, icarədarın bütün borclarını özümüz ödəməli olduq. Bundan sonra biz onun işığını kəsdik”, —  deyə  Abdullayev bildirdi.

Amma bu Namazovu dayandırmayıb. O, kluba yüksək güclü köhnə generator quraşdırıb işə salmaqla havanı zəhərli qazlarla çirkləndirməyə başlayıb. Namazov icarəyə götürdüyü əraziyə su qızdırmaq üçün qaz balonları yerləşdirərkən binadan tüstü çıxmağa başlayıb.

Bununla bağlı sakinlər Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Məktubda göstərilən faktları araşdırmaq üçün  Yasamal rayon icra hakmiyyəti tərəfindən komissiya təşkil olunub  və bəlli olub ki, Namazov təmir zamanı  texniki tələbləri pozaraq sanitar qovşaq və digər konstruksiyaları temperatur tikişlərinin üstündə  quraşdırıb. Bu kimi hallar tikinti normalarının ciddi pozuntusu kimi qiymətləndirilir  və binanın seysmik davamlılığını aşağı saldığından bina sakinləri üçün  təhlükə yaradır.

 

Şirkət direktoru bildirir ki,    vergilər nazirliyi əməkdaşının bir il yarım ərzində fitnes klubdan gəlir götürməsi və vergi ödəməməsi barədə də   məlumatı var. Namazovun bu ilin fevralına kimi,  hətta Fərdi vergi  nömrəsi (FVN) belə olmayıb. Şirkət  məhkəməyə mürciət edəndən sonra, o, 2016-cı ilin 19 fevralında xanımının adına FVN alıb. Bir sözlə Vergilər Nazirliyi əməkdaşı AR CM 192-ci maddəsinə zidd sahibkar fəaliyyəti ilə məşgul olub.

«Bu kimi addımlar atdığımızdan Namazov daha da azğınlaşaraq bizi hədələməyə və mətbuatda biabır edəcəyi ilə qorxutmağa başladı. O, hətta Facebookda Altes Azərbaycan saxta səhifəsini açıb. Orada mənim barəmdə, şirkət haqqında yalan məlumatlar verir  və yayır. Daha sonra   mənim adımdan yazaraq bildirir ki, guya mən onunla əməkdaşlıqdan təəssüflənmirəm. Namazov hər yerdə  bizi sabiq nazir Eldar Mahmudovun tərəfdaşları adlandırarar öz hərəkətləri ilə Altes Group-un imicinə xələl gətirir”, — deyir R.Abdullayev.

Martda Rüstəm Abdullayev və Fərid Əliyev Yasamal rayon polis idarəsinə ərizə ilə müraciət edərək Vüqar Namazovun binadan çıxarılacağı təqdirdə  tikilinin obyekt və divarlarını qırmaqla hədələdiyini bildirib. İddiaçılar  təkçə V.Namazov barəsində deyil həmçinin onun tərəfdaşı Saleh Nəsirovla da baglı cinayət işi qaldırılmasınıtələb edib.

 

Bundan başqa Nur İnsaat məhkəmədən müqavilə şərtlərini pozduğu üçün Vüqar Namazovu tutduğu ərazidən çıxartmağı tələb edib. Məhkəmə borclu olması səbəbindən onun bütün əmlakına  həbs qoyub. Amma məhkəmə qərarını belə Namazov  ərazini boşaltmaq üçün yetərli  saymır. "Namazov hər şeyi qulaq ardına vurur. O, ağlını tamam itirib”, — deyir Abdullayev.

 

Onun sözlərinə görə, Namazovun bütün qanunsuz fəaliyyəti barədə  Vergilər Nazirliyinə məlumat verilib.

 

Bütün bunlarla bağlı Yasamal rayon polis idarəsinni istintaq bölməsində bildirirlər ki, hazırda polis  iki ərizə üzrə araşdırma aparır.  Onlardan biri R.Abdullayev, digəri isə F.Əliyevin ərizəsidir. Belə ki, paralel olaraq Vüqar Namazovun iddia ərizəsi də icraata götürülüb. Həmin ərizədə Namazov Nur İnşaat şirkətini onun 200 000 manatı məbləğində pulunu ələ keçirməkdə suçlayır. Öz ərizəsində Namazov iddia edir ki, fitnes klubun təmirinə 500 000 manat pul xərcləyib. Bunu sübut etmək üçün onun tərəfindən bu məbləği təsdiq edən audit təşkil olunub.Amma podryadçı bu qiymətləndirmə ilə razılaşmır və təmirə maksimum 300 000 xərclədiyini deyir.

Polisdə həmçinin bildirdilər ki, ərizələrin heç biri əsasında hələlik cinayət işi qaldırılmayıb.

Martın 20-da Nur İnşaat rəhbərliyi Namazova qarşı cinayət işinin qaldırılması ilə bağlı DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş Polis İdarəsinə müraciət edib və bu gün Namazov işin araşdırılması məqsədi ilə həmin idarəyə dəvət olunub.

Bu arada, Vüqar Namazov barəsində firildaqçılıq maddəsi ilə Yasamal polis idarəsində cinayət işi açıldığından Dubaya qacmıç Nur İnşaat şirkətinin sabiq vitse prezidenti Polad Kabulovla iş birliyinə girib.      Kabulov 16 dekabr 2013-cü ildə Dubaya yollanıb, bundan bir gün sonra isə məhkəmə onun şirkətə 300 000 manat borclu olması barədə qərar verib. Başqa qərara görə, Kabulov Altes Group-a 700 000 manat borcludur. Hazırda Kabulov Namazova Altec Group rəhbərliyini ləkələyən məlumatlar ötürür.

«Məsələn onlar bilirlər ki, Eldar Mahmudov səkkiz il əvvəl Altes Group-da yaşayış sahəsi alıb. Burada kriminal nə varə Bizim binada ölkənin bir çox məşhur adamları, o cümlədən də  nazirlər yaşayır. Hələ milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən qalmaqalla kənarlaşdırılmazdan qabaq Kabulov MTN Antiterror Mərkəzinin müdir müavini, 1 nömrəli Bakı istintaq təcridxanasında özünü asmış  İlqar Əliyevlə aramızı vurmaq istəyirdi.

Bütün deyilənlərlə baglı Vüqar Namazovun özü ilə əlaqə saxlamağa cəhd etdik.

 

Bizimlə söhbətdə Namazov bildirib ki, Emerald Palace yaşayış binasında tutduğu ərazini yalnız Altes Group şirkıti ona 1 200 000 manat ödədikdən sonra boşaltmaq niyyətindədir. "Əks halda mən onlarla sosial şəbəkə və mətbuat vasitəsilə mübarizə aparacam”, – deyə Vüqar Namazov vurğulayıb.

 

Namazovla əlavə danışmaq üçün  Vergilər Nazirliyi ilə də əlaqə saxladıq və bəlli oldu ki, nazirlik əməkdaşlarının belə şəxsin bu qurumda çalışmasından ümumiyyətlə xəbəri yoxdur. Halbuki Altes Group şirkətinin vəkili Vergilər Nazirliyinə müraciət edib və ona verilən rəsmi cavabda göstərilib ki, Namazov Vergi Daxilolmalari üzrə İlkin İstintaq Departamentinin Mühafizə və Təhlükəsizlik Xidmətinin birinci şöbəsinin əməkdaşıdır.  Amma Namazov pauerliftinq üzrə yarışlarda iştirak etdiyi üçün işə gəlmir.

 

 

Sonda qeyd edək ki, yaranmış son maliyyə böhranı ilə əlaqədar prezident İlham Əliyev sahibkarları öz fəaliyyətlərini aktivləşdirməyə, məmurları isə sahibkarlara mane olmamağa çağırıb. Ümid edək ki, hüquq mühafizə orqanları bu münaqişəyə aydınlıq gətirəcək və ədalət öz yerini tutacaqdır.
R. Xəlilova

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]