İqtisadiyyat

Neft puluna: Londonda milyonluq mülklər...

1-04-2016, 15:23

Azərbaycan xalqından oğurlanmış milyonlar hesabına SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev və dayısı oğlu, SOCAR Trading SA şirkətinnin rəhbəri Anar Əliyevin İngiltərədə bir neçə dəbdəbəli mülk aldıqları iddia olunur.


Ötən gün 37 Azərbaycan vətəndaşlarının London şəhərində mülk sahibi olması ilə bağlı virtualaz.org saytında məlumat dərc olunmuşdu. Həmin məlumatda qeyd olunurdu ki, Britaniya hökümətinin antikorrupsiya fəallarının apardığı kampaniyanının nəticəsində Londonda xarici ölkə vətəndaşları tərəfindən ofşor şirkətlər vasitəsilə alınmış 100 minə yaxın mülkün kimlərə məxsus olması açıqlanıb. Britaniya mediası yazır ki, mülkləri açıqlananlar arasında keçmiş sovet respubilkalarından da çoxsaylı oliqarxların və zənginlərin adları yer alıb. Hesablamalara görə həmin mülklərin alınması üçün cəmi 40 mindən yuxarı offşor şirkətdən istifadə olunub və 200 milyard funt-sterlinqdən çox vəsait xərclənib. Mülk alan oliqarxların içərisində 37 Azərbaycan vətəndaşının olması isə o qədərdə təəccüblü deyil. Çünki ölkə mətbuatında dəfələrlə verilən məlumatlarda qeyd olunub ki, Azərbaycanlı məmur-oliqarxlar Londonda övladlarının, ailə üzvülərinin adlarına qiyməti milyonlarıa ölçülən mal-mülk alıblar.

Özəl mənbələrdən daxil olan məlumata görə London şəhərində mülk alan 37 Azərbaycanlı arasındakı şəxslərdən biri SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev və ARDNŞ prezidentinin, dayısı oğlu Azərbaycan neftinin Amerikada makleri rolunda çıxış edən, əslində isə Azərbaycan neftinin ikinci əldən satışını həyata keçirib Azərbaycan dövlətinin külli miqdarda ziyan görməsinə səbəb olmaqla yanaşı Rövnəq Abdullyevə və özünə milyonlar qazanan, həmçinin Rövnəq Abdullayevin ofşor şirkətlərinin nəzarətçisi, onlara rəhbərlik edən Anar Əliyevdir. Qeyd edək ki, SOCAR Trading SA şirkətinnin Anar Əlieyvə məxsus olması və bu şirkət vasitəsi ilə Azərbaycan neftini ikinci əldən sataraq milyonlarla dollar qazanc əldə olunması barədə mediada dəfələrlə məlumatlar yer verilib.

Bildirək ki, Anar Əliyevin adı uzun müddətdir ki, Azərbaycan neft pullarının xaricdə silinməsi, Rövnəq Abdullayevin biznesini idarə etməsi adı ilə mətbuatın gündəmindədir. Onun Rövnəq Abdulayevin dayısı oğlu olduğu və SOCAR-da qardaşının, qohumlaırnın yüksək vəzifə sahibi olduğu deyilir. Saytıfmıza daxil olan məlumatda qeyd olunur ki, Anar Əliyevlə Rəşad Abdullayev London şəhərində aldıqlaırı mülklərə milyonlarla dollar xər çəkiblər. Və bu milyonlar təbii ki, Azərbaycan xalqından oğurlanmış milyonlardır.

Məsələ ilə bağlı araşıdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]