İqtisadiyyat

Dollar kəllə-mayallaq oldu: 1,45 manat

20-03-2016, 20:29
İrandan gələn turistlər pullarını dəyişməyə yer tapa bilmirlər, «qara bazar» alqı-satqını dayandırmaq məcburiyyətində qalıb

Bayram günlərində dolların bahalaşacağı ilə bağlı verilən proqnozlar özünü doğrultmayıb. Buna səbəb Mərkəzi Bankın apardığı valyuta siyasəti deyil, Bakıya nəzərdə tutalandan daha çox turistin gəlməsi olub. 

Təkcə İrandan Azərbaycana gələn turistlərin sayı 32 min nəfəri keçib. Qonşu ölkədən gələnlərin hamısı özüylə dollar gətirdiyindən pullarını Bakıda xırdalamaq üçün yer tapa bilmirlər. Bankların Novruz Bayramı ilə əlaqədar olaraq işləməməsi isə turistlərin işini lap çətinə salıb. Ona görə də, «qara bazar» bu gün səhər saatlarından etibarən xeyli canlanmağa başlayıb. 

Son məlumatlara görə, Bakıya turist kimi gəlmiş iranlılar pullarını xırdalamaq üçün üz tutduqları «qara bazar»da qəfil qiymət düşməsiylə qarşılaşıblar. Politika.Az bildirir ki jam.az-a verilən məlumata görə, axşam saatlarında «qara bazar»da dolların alış qiyməti 1,45 qəpiyə enib. Satış isə dayandırılıb. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bayram günləri üçün dolların məzənnəsini 1,59 manat hesablayıb.

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]