İqtisadiyyat

«Bank məni aldadıb» - Polisə şikayət

25-02-2016, 12:02

Bakı sakini bir neçə il öncə avtomobil alarkən aldadıldığını bildirib.

«Qafqazinfo»nun verdiyi xəbərə görə, bu barədə paytaxt sakini 1974-cü il təvəllüdlü Yusif Rəhimov Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək məlumat verib. Y.Rəhimov bildirib ki, 2012-ci ilin sentyabr ayında «Honda»dan avtomobili alıb. O şirkətə ilkin olaraq 5500 AZN ödəniş edib, aylıq ödənişin isə 555 manat olacağı barədə razılığa gəliblər. Bu şərtlərlə «Honda Accord» avtomobili alıb.

Y.Rəhimov iddia edir ki, maşın üçün kredit verən «Respublika bank» və «Honda servis»in işçiləri tərəfindən aldadılıb. Hər iki qurumdan ona aylıq ödənişin manatla olacağı bildirilsə də, sənədlərdə ödəniş ABŞ dolları ilə qeyd edilib. Bu «fərq»ə diqqət etməyən Yusif Rəhimov müqaviləyə imza atıb. Hazırda isə dolların məzənnəsinin dəyişməsinə görə aylıq 1200 manata yaxın ödəniş etməlidir.

Müraciətlə bağlı Binəqədi RPİ İstintaq Şöbəsində araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]