İqtisadiyyat

Əhaliyə şad xəbər — Maaş və pensiyalar artırılacaq

19-05-2019, 20:30
Dövlət başçısı İlham Əliyevin son dövrlərdə imzaladığı sərəncam və fərmanlar əhalinin müxtəlif sosial təbəqələrinin rifahının yüksəlməsinə səbəb olub. Bundan başqa, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən addımlar atılıb. Minimum əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb.
Xeberman.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan dövlətinin imkanları yüksəldikcə sosialyönümlü tədbirlər daha da artırılacaq, əməkhaqqı, pensiya və müavinətlərin məbləği qaldırılacaq:

“Bütövlükdə artırılan əməkhaqqı, pensiya və müavinətlər 3 milyona yaxın insanın həyatına təsir edib.
ƏTRAFLI
Nar.az
Hər bir ailə bu tədbirlərdən bu və ya digər formada faydalanıb.

Bundan əlavə, məcburi köçkünlər də dövlətimizin daim diqqətindədir. Bu təbəqədən olan insanlar üçün tikilən evlərin sayı yenə də artırılacaq”

Administratorla əlaqə

077 611-55-22

[email protected]