İqtisadiyyat

Azərbaycanda daha 2 bank bağlandı

27-01-2016, 03:57

Mərkəzi Bankının İdarə Heyətinin yanvarın 27-də daha 2 bankın kisenziyasını ləğv edib. Bunlar"Qafqaz İnkişaf Bankı” və "Atrabank” banklardır. Mərkəzi Bankın müvafiq qərarında göstərilir ki, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə bu bankların lisenziyaları ləğv edilib.

Müvafiq qanunun tələblərinə uyğun olaraq MB bu banklara müvəqqəti inzibatçı təyin edib.

MB bildirir ki, hər iki bank Əmanətlərin Siğortalanması Fonduna üzvdürlər və Fond əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]