İqtisadiyyat

Dövlət büdcəsində nə artdı, nə azaldı... - SİYAHI

17-11-2016, 20:26
Dövlət büdcəsində nə artdı, nə azaldı... - SİYAHI

Təxminən ayyarım öncə Maliyyə Nazirliyi müzakirə məqsədilə 2017-ci ilin büdcəsi ilə bağlı qanun layihəsini və icmal büdcəyə dair təqdimatı öz saytında yerləşdirmişdi.

Maliyyə Nazirliyi bu gün ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və 2017-ci il dövlət və icmal büdcələrinin layihələrini yenilənmiş variantını ictimaiyyətə təqdim edib.

Büdcə zərfinin yeni təqdimatı zamanı məlum olub ki, sözügedən sənədlərdə bəzi dəyişiklik edilib.

İqtisadşı ekspert Rövşən Ağayev 2017-ci ilin büdcəsi ilə bağlı qanun layihəsinin və icmal büdcənin köhnə variantı ilə yenilənmiş versiyanı müqayisə edərək əsas dəyişiklikləri müəyyənləşdirib. Bunlar şağıdakılardır:

Azaldılan xərclər:

1) Dövlət borcuna xidmət xərcləri -127 milyon manat;

2) Elm xərcləri - 6.8 milyon manat;

3) Naxçıvana dotasiya -11 milyon;

4) Hüquq müfafizə xərcləri - 19 milyon manat;

5) Təhsil xərcləri - 126 milyon manat;

6) Səhiyyə xərcləri - 30.4 milyon manat;

7) Sosial müdafiə xərcləri - 64.7 milyon manat;

8) Mədəniyyət-incəsənət xərcləri - 19.5 milyon manat;

9) İdman xərcləri - 201 milyon manat;

10) Kənd təsərrüfatı xərcləri - 305.5 milyon manat.

11) Sahibkarlığa dəstək - 102 milyon manat;

12) Əsas bölmələrə aid edilməyən xidmətlər - 633.3 milyon manat.

Artırılan xərclər

1) Müdafiə xərcləri 1.027 milyard manat

2) Tikinti xərcləri - 639 milyon manat;

Ümumilikdə ilkin variantla müqaysiədə 15-dək bölmə, köməkçi bölmə və paraqraf üzrə xərclər 1.7 milyard manata yaxın azaldılaraq 2 funksional istiqamət üzrə xərclər həmin həcmdə artırılıb.(Modern.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]