İdman
Millimiz FİFA reytinqində irəlilədi
15-09-2016, 15:53
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Xeberman.com xəbər verir ki, Azərbaycan millisi reytinqində üç pillə irəliləyib.
Hesabında 252 xal olan Azərbaycan 133-cü yerdə qərarlaşıb.
Ötən ay açıqlanan cədvəldə 253 xalla 136-cı olan komandamız 1 xal itirsə də, DÇ-2018-in seçmə mərhələsinin ilk oyununda San-Marino yığması üzərindəki qələbədən sonra irəliləyişə imza atıb.