İdman

UEFA-nın “Ən yaxşı 11-liyi”ndə türk futbolçu -SİYAHI

10-12-2015, 20:09
UEFA-nın “Ən yaxşı 11-liyi”ndə türk futbolçu -SİYAHIUEFA Çempionlar Liqasında 6-cı turun ən yaxşı 11 futbolçusu arasında Türkiyənin “Qalatasatay” klubunun oyunçusu Səlcuq İnan da yer alıb. Musavat.com xəbər verir ki, siyahı UEFA-nın saytında yerləşdirilib.

“Qalatasaray”ın Qazaxıstanın “Astana” klubu ilə 1:1 hesablı heç-heçə ilə Avropa Liqasına vəsiqə qazandığı qarşılaşmada “sarı-qırmızılar”ın yeganə qolunu vuran Səlcuq İnanın oyunu UEFA mütəxəssislərinin diqqətindən yayınmayıb.

UEFA-nın “Ən yaxşı 11-liyi”nə aşağıdakı futbolçular daxil edilib:

Qapıçı: Mark-Andre ter Şteqen (Barselona)

Müdafiəçilər: Loran Koselni (Arsenal), Naldo (Volfsbur1), Cefri Bruma (PSV), Filip Mladenoviç (BATE)

Yarımmüdafiəçilər: Daniel Miliçeviç (Gent), Səlcuq İnan (Qalatasaray), Eden Hazard (Çelsi)

Hücumçular: Rəhim Sterlinq (Mançester Siti), Olivye Jiru (Arsenal), Kriştiano Ronaldo (Real Madrid).

Administratorla əlaqə

077 611-55-22

[email protected]