İdman

Futbol üzrə Topaz Premyer Liqasının 2016-2017-ci il mövsümünün püşkü atılıb

26-07-2016, 21:06

İyulun 26-da futbol üzrə Topaz Premyer Liqasının 2016-2017-ci il mövsümünün püşkü ayılıb.

Xeberman.com  xəbər verir ki, püşkatma nəticəsində 25-ci ölkə çempionatının iştirakçılarının rəqibləri müəyyənləşib.

AFFA-nın inzibati binasında təşkil edilən tədbirə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, Assosiasiyanın rəsmiləri, 25-ci çempionatda çıxış edəcək 8 klubun nümayəndəsi və jurnalistlər iştirak ediblər.

Əvvəlki çempionatda olduğu kimi, yeni mövsümdə də komandalar 4 dövrədə mübarizə aparacaq. Əvvəlcə ilk turda qarşılaşacaq dörd cütlük müəyyən olunub. Peşəkar Futbol Liqası ilk turun qarşılaşmaları əsasında sonrakı turların cədvəlini müəyyən edəcək. Mövsümün tam təqvimi də bir neçə günə məlum olacaq.

Püşkə əsasən, ilk turda «Qarabağ»-»İnter», «Zirə»-«Sumqayıt», «Qəbələ-»Kəpəz» və AZAL- «Neftçi» görüşləri oynanılacaq.

İlk turun oyunları avqustun 6-7-də oynanılacaq

Administratorla əlaqə

077 611-55-22

[email protected]