İdman

Cüdoçularımız Avropa kubokunda: 2 qızıl, 1 gümüş, 1 bürünc

16-05-2016, 00:24
Cüdoçularımız Avropa kubokunda: 2 qızıl, 1 gümüş, 1 bürünc

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub. 

Xeberman.com xəbər verir ki, Azərbaycan millisinin mötəbər turnirdə çıxışı uğurlu alınıb. 

Cüdoçularımız 4 medal qazanaraq çempionatı ikinci yerdə tamamlayıb.

Hidayət Heydərov (73 kq) və Zeym Kotsiyev (100 kq) qızıl, Rasim Əlməmmədov (60 kq) gümüş, Tural Səfquliyev isə bürünc medal qazanıb.

Qeyd edək ki, Orenburqda təşkil olunan Avropa kubokunda 19 ölkədən 261 idmançı medallar uğrunda mübarizə aparaıb. Azərbaycan millisi isə 7 cüdoçu ilə təmsil olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]