İdman

“Qarabağ” Azərbaycan çempionu oldu

1-05-2016, 21:25
Bu gün Topaz Premyer Liqasında XXXII tura yekun vurulub. Musavat.com xəbər verir ki, günün və turun son oyununda Azərbaycan çempionunun adına aydınlıq gəlib. 

Zirədə keçirilən matçda "Qarabağ” meydan sahiblərinə qalib gəlib və ardıcıl 3-cü dəfə birinciliyi zirvədə bitirməyi təmin edib. Qarşılaşma "Qarabağ”ın 0:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, bu oyunda əldə olunan 3 xal ağdamlıları əlçatmaz edib. 

"Qarabağ” bu oyun da daxil olmaqla ardıcıl 9 qarşılaşmadır ki, xal itkisinə üzülmür. Üstəlik, Qurban Qurbanovun yetirmələri son 13 qarşılaşmada rəqib qapıçıları məyus etməyi bacarıb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]