İdman

Azərbaycan Premyer Liqasında növbəti turun oyunlarının vaxtı açıqlanıb

26-04-2016, 00:01
Azərbaycan Premyer Liqasında növbəti turun oyunlarının vaxtı açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun oyun cədvəli müəyyənləşib. Xeberman.com-un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun görüşləri iki gün ərzində gerçəkləşəcək.
Tura aprelin 30-da Gəncədə "Kəpəz"in autsayder "Rəvan"a qarşı oyunu ilə start veriləcək. Mərkəzi qarşılaşmalar mayın 1-də olacaq. Həmin gün "Qəbələ" - "Neftçi" və "Zirə" - "Qarabağ" oyunları keçiriləcək. 
30 aprel (şənbə)
"Kəpəz” – "Rəvan”
Gəncə şəhər stadionu, 15:00 (CBC Sport, canlı)
AZAL – "Xəzər Lənkəran”
AZAL Arena, 17:30 (CBC Sport, canlı)
1 may (bazar)
"Qəbələ” – "Neftçi”
Qəbələ şəhər stadionu, 16:30 (CBC Sport, canlı)
"Zirə” – "Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 19:00 (CBC Sport, canlı)
"İnter” – "Sumqayıt”
"İnter Arena”, 16:00

Administratorla əlaqə

077 611-55-22

[email protected]