İdman

“Topaz”da 80 min manat uduzdu

22-02-2016, 17:04

Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.

Bakı sakini "Topaz"da 80 min manat uduzub.

Report bildirir ki, 1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb.

Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi,49Q-də yerləşən "Topaz" idman mərc oyunları məntəqəsində baş verib.

Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]