İdman

«Neftçala» və «Qaradağ» dağılır – AFFA pulu kəsdi

1-02-2016, 19:29

Dünyadakı maliyyə böhranı Azərbaycandan da yan keçməyib.

Neft qiymətlərinin kəskin ucuzlaşması, manatın devalvasiyası bir çox sahələrdə olduğu kimi futbol təsarüfatına da təsir edib.

Əsasən neft və neftlə bağlı olan şirkətlərin maliyyələşdirdiyi klublarımız dağılmaq təhlükəsi ilə üzləşib.

Piasport.az-ın əldə etdiyi məlumata görə, daha iki klubun başı üzərini qara buludlar alıb. Belə ki, I divizionun son çempionu və hazırkı lideri «Neftçala» ilə aşağı liqanın iddialı komandalarından olan «Qaradağ Lökbatan» ciddi problemlərlə üzləşib.

Hər iki klub indiyədək AFFA-nın ayırdığı yardımla (əslində bu pul SOCAR-dan ayrılır və AFFA vasitəsi ilə klublara verilir) fəaliyyət göstərirdi. Amma bu günlərdə AFFA həmin vəsaiti böyük ölçüdə kəsib. Klubların rəhbərlərinə də bildirilib ki, bundan sonra maliyyə olmayacaq.

AFFA hər iki kluba mövsümün sonunadək cüzi məbləğ ödəyəcək ki, dağılmasınlar. Klubların rəhbərliyinə yayadək özlərinə yeni sponsor tapmaq tapşırılıb. Əks halda həm «Neftçala», həm də «Qaradağ Lökbatan» fəaliyyətini dayandıracaq

Administratorla əlaqə

077 611-55-22

[email protected]