İdman / İslam

Ronaldudan müsəlmanlara daha bir xeyirxahlıq

10-09-2018, 21:42

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu təmiz su tapılmadığı üçün Pakistanda 100 min insanın həyatını itirməsinə biganə qalmayıb.

Oxu.Az xəbər verir ki, ulduz oyunçu bunun üçün təmiz su üçün tikilən anbar fonduna 15 milyon funt sterlinq bağışlayıb.

Qeyd edək ki, Kriştianu Ronaldu əvvəl də müsəlmanlara kömək etməsi ilə yadda qalıb. 33 yaşlı futbolçu əvvəllər Fələstin xalqına maddi baxımdan yardım edib. Həmçinin onun Afrikada ac-susuz qalan insanlara yardım etdiyi deyilir. Ronaldunun onunla forma dəyişdirmək istəyən israilli futbolçuya “Qatillərlə forma dəyişdirmərəm” cavabını verdiyi bildirilmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]