İdman

“Messi Allahın möcüzəsidir...” - Arda Turan

10-01-2016, 20:55
"Barselona” forması ilə ikinci rəsmi oyununa çıxan türkiyəli futbolçu Ardan Turan komanda yoldaşı Lionel Messi haqqında müsbət fikirlər səsləndirib.

Qol.az-ın verdiyi məlumata görə, o, argentinalı hücumçunu möcüzə adlandırıb:

"Ayağıma top düşən kimi Messini görürəm. "Barselona”da hamı belədir. Mən Leo kimi birini görməmişəm. O, Allahın möcüzəsidir”.

Qeyd edək ki, Arda ötən gün İspaniya La Liqasının 18-ci turunda "Qranada” ilə oyunda məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsini Messi qolla tamalayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]