İdman

Benites işdən çıxarıldı, “Real”a Zidan başçılıq edəcək

4-01-2016, 20:14
Benites işdən çıxarıldı, “Real”a Zidan başçılıq edəcək

İspaniyanın "Real Madrid” klubunun prezidenti Florentino Peres bu gün klub rəhbərliyinin təcili toplantısını keçirib.

Xeberman.com  ispan mətbuatına istinadən xəbər verir ki, klub baş məşqçi Rafael Beniteslə yollarını ayırmaq qərarına gəlib və bu qərar bu gün rəsmən elan olunmalıdır.

"Real”ın baş məşqçisi vəzifəsini isə hazırda "Real Madrid Kastilya”ya başçılıq edən Zinəddin Zidan tutacaq.

Benites "Real”a ötən ilin iyunundan başçılıq edir. Son günlər ispan KİV 55 yaşlı mütəxəssisin tezliklə istefaya göndəriləcəyini yazırdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]