İdman

Dünyanın ən bahalısı olacaq : Ardaya şok təklif

3-02-2017, 10:56

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, Çin futbol komandalarından biri 30 yaşlı türkiyəli oyunçuya 4 illik müqavilə üçün 100 milyon avro ödəməyə hazır olduğunu bəyan edib.

A.Turanın menecerinin gələn həftə Çinə gedərək Arda üçün edilən təklifin detallarını müzakirə edəcəyi qeyd edilib.

Ardanın "Barselona"dan transfer edilməsi üçün isə müqavilədə 125 milyon avro tələbi var. Çin klubu bu məbləği 100 milyona endirməyə çalışır. Əgər Arda Turan 125 milyon avroya Çin klubuna gedərsə, dünyanın ən bahalı transferi kimi tarixə düşəcək.

Qeyd edək ki, 2015-ci ildə "Atletiko Madrid"dən "Barselona"ya 41 milyon avroya transfer edilən Arda Turan ispan klubunda ilinə 8 milyon avro qazanır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]