Xeberman.com
loading...
İdman

Azərbaycan güləşçisi dopinqə görə 4 il müddətinə cəzalandırılıb

5-01-2017, 15:02
Azərbaycan güləşçisi dopinqə görə 4 il müddətinə cəzalandırılıb

Azərbaycan yunan-Roma güləşçisi Zubair Dibirov 4 il müddətinə diskvalifikasiya olunub. 

Xeberman.com xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi qərar qəbul edib.

Dibirov 2016-cı il sentyabrın 30-da Fransanın Makon şəhərində start götürmüş gənclər arasında dünya çempionatında dopinq-testdən keçə bilməyib. Onun B testinin Fransanın paytaxtı Parisdə müayinədən keçirilməsi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol və anabolik steroid aşkarlanıb. Nəticədə gənc pəhləvan 4 oktyabr 2020-ci ilədək bütün yarışlardan kənarlaşdırılıb. Cəza 5 oktyabr 2016-cı ildən qüvvəyə minib. 

Qeyd edək ki, Zubair Dibirov dünya çempionatında 74 kq çəki dərəcəsində mübarizə aparıb. O, 1/4 finalda uduzaraq mübarizəni dayandırıb.  

loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group