İdman

Messi Argentina Futbol Assosiasiyasının borcunu ödədi

19-11-2016, 21:43
Argentina yığma komandasının kapitanı Lionel Messi milli komandanın təhlükəsizliyini təmin edən mühafizçilər qarşısında Argentina Futbol Assosiasiyasının borcunu ödəyib.

Bu barədə Argentinanın "Diariouno” radiostansiyası məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, noyabrın 11-də 2018–ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Braziliya yığması ilə matçdan sonra Federasiyanın mühafizə xidmətinin əməkdaşları futbolçuya yaxınlaşıblar. Onlar Messiyə 5-6 aydır ki, maaş ala bilmədiklərini deyərək kömək istəyiblər.

Nəticədə, Argentina yığmasının kapitanı öz atası ilə əlaqə saxlayıb. Sonra futbolçu federasiyanın borcunu ödəyib.

O da bildirilir ki, Messi bu informasiyanın dərc olunmasını istəməyib.

Qeyd edək ki, həm də "Barselona”nın şərəfini qoruyan ulduz futbolçu və onun atası barəsində vergidən yayınmaya görə Barselonanın məhkəməsi tərəfindən 21 aylıq həbs qərarı çıxarılmışdı. Həmçinin onlar müvafiq olaraq 2 və 1,5 milyon avro cərimələniblər. Lakin dünya şöhrətli futbolçu məhkəmənin qərarından şikayət edəcəyini bildirmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]