Gündəm

2 dövlət qurumu ləğv edildi - rəsmi

23-10-2016, 01:28
2 dövlət qurumu ləğv edildi - rəsmi
"Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs oktyabrın 19-da dövlət qeydiyyatına alınıb”. APA-nın xəbərinə görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.  
 
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) DİM-də birləşib.  
 
M. Abbaszadə qeyd edib ki, DİM-də ləğvetmə komissiyaları fəaliyyətə başlayıb: "Hazırda çox ciddi ləğvetmə prosesi gedir”.  
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]