Gündəm

“Azərsu” ASC-nin Ağdam Su-Kanal İdarəsində “ölü canlar” – SİYAHI (İDDİA, ÖZƏL)

29-11-2015, 20:47
 “Azərsu” ASC-nin Ağdam Su-Kanal İdarəsində “ölü canlar” – SİYAHI (İDDİA, ÖZƏL) “Korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.”( Korrupsiyaya qarşı mübarizə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU.)



“Azərsu” hələki töhmət verir



Ötən saylarımızda “Azərsu” ASC-nin Ağdam Su-Kanal İdarəsinin rəis əvəzi Qəhrəmanov Vüqar Bəylər oğlu haqda yazmışdıq. Qeyd etmişdik ki, bu şəxsin diplomu saxtadır.Belə ki, bu adam 1991-1994-cü illər aralığında hərbi xidmətdə olub. Hərbi xidmət zamanı da Ağdam Sosial İqtisad Kollecinin sabiq müdiri (hazırda rəhmətə gedib) Fəxrəddinin əli ilə saxta diplom alıb.

Yazılardan sonra qurum rəhbərliyi Vüqar Qəhramanovu çağırarar xəbərdarlıq edərək və töhmət verildiyi iddia olunur. Ortada müdhiş korrupsiya faktları, saxta diplom məsələsi varkən niyə “Azərsu” ASC bu qədər yumşaq cəza verir? Bəlkə qurum onun yerinə hələ ki, tender maxinasiyalarını edə bilən, “çörəkli” məmur tapa bilmir?

Axı bu şəxsin Azərbaycana qarşı düşmən mövqedə dayanmış Mahir Cavadovun ən yaxın adamı olduğu, Əli Kərimlinin geydirmə təşkilatını da dövlətdən oğurladığı vəsaitlə maliyyələşdirdiyi , Keçmiş icra başçısı Həsən Sarıyevlə birgə rayondakı profesional anonimşiklərə,”matıryalverənlərə” rayon rəhbərliyi baradə yuxarılara saxta şikayətlər yazdırırğı iddia olunur. Hara baxsan anti dövlət fəaliyyətindədir. Bunları Qorxmaz Hüseynov görmür?



“Ölü canlar”



Yox, bu başlıqda dahi Qoqolun “Ölü canlar” əsərindən bəhs etməyəcəyik. Hərgah ki, Vüqar Qəhrəmanovda da “tear” sahəsində bacarıqlıdı. Rayondakı mənbəmiz iddia edir ki, onun başçılıq etdiyi müəssisədə xeyli “ölü can” var. Adları işdə, özləri başqa yerlərdə. Maaş kartları da Vüqarın özündədi. Dövlətin malın dədəmalı kimi mənimsəyir.

Aşağıda “ölü canlar”in siyahısın dərc edirik. Bunlar hamısı Azərsu” ASC-nin Ağdam Su-Kanal İdarəsinində adı işdə gedən şəxslərdir.

1.Elməddin Cəlaloğlu- Bərdədə avtomobil ehtiyyat hissəsi satır.

2.Vüqar adlı şəxs- Bənövşələr qəsəbəsində yaşayır, İrana ticarət məqsədilə gedib-gəlir.

3.”Dörd yol” qəsəbəsindən Rövşən- Gürcüstandan mal daşıyır.

4.Faədail Qaçay oğlu- “evdar” kişidir,yəni işsiz,

5.Hacıyev Elbrus- taksi xidməti göstərir.

6.Habil adlı şəxs- Vüqar Qəhrəmanovun xalası oğludur, taksi xidməti göstərir.

7.Elməddin adlı şəxs- Azərsu” ASC-nin Ağdam Su-Kanal İdarəsinində mühasib işləyən Hüseynin yaxın qohumudur. Qəsəbədə mağaza işlədir.



Qeyd edək ki, adları sadalanan şəxslərin maaş kartları Vüqar Qəhramanovdadır. Adları müəssisədə işdə getsə də çoxu idarənin qapısını tanımır. Belə “ölü can”ların sayı çoxdur,məlumatları dəqiqləşdirib təkrar dərc edəcəyik.

Hələlik isə Ağdam icra başçısı Raqub Məmmədovdun məsələyə xüsusi diqqət ayırmasını gözləyirik. Respublikamızda korrupsiyaya qarşı ciddi mübarizə getdiyi vaxtda belələri ciddi cəzalandırılmalıdır.

Aldığımız son məlumatda isə iddia edilir ki, Vüqar Qəhramanov həbs edilmə ərəfəsindədir?

Mövzunu diqqətdə saxlayacağıq.

İdeologiya.az Qarabağ, Mil-Muğan bürosu, 051 789 1243

Büro Quzanlı qəsəbəsində yerləşir.

Xəbər səlahiyyətli orqanların araşdırmasından ötrü əsaslıdır.

Özəl yazılarda istinad zəruridir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]