Gündəm

Azərbaycanda dörd bal gücündə zəlzələ olub

1-08-2016, 12:00
Bu gün Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, təxminən 25-30 saniyə davam edən yer silkənməsi zamanı bəzi evlərdə ev əşyaları yerə düşərək sınıb.

Binalarda hər hansı bir fəsadın olub-olmaması barədə hələ məlumat verilməyib.
Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.
Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

İlkin məlumatlara görə, zəlzələ zamanı İmişlidə bəzi evlərdə çatlar əmələ gəlib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]