Gündəm

Cəbhədə son döyüş: ermənilər 17 əsgər itirdi - 32 yaralı var

27-04-2016, 15:57
Cəbhədə son döyüş: ermənilər 17 əsgər itirdi - 32 yaralı var

Bu gecə qoşunların təmas xəttində baş verən atışmada daha 3 erməni əsgərinin yaralandığı rəsmən etiraf edilib.

 

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan açıqlayıb.

 

Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti olduqca ağırdır.

 

Erməni sosial şəbəkə istifadəçiləri isə 26-27 aprel tarixlərində Talış kəndi ətrafında baş verən və artilleriya atəşi ilə müşayiət olunan toqquşmada 17 erməni hərbçisinin öldüyünü, 32 nəfərin isə yaralandığını bildirirlər.

 

Qeyd edək ki, səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi 1996-cı il təvəllüdlü Ayk Minasyanın Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü təsdiqləmişdi.

 

Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin artilleriya atəşi nəticəsində mülki evlərin dağıldığını bildirib, itki olmadığını açıqlayıb. Ermənilərin itkiləri barədə MN açıqlama verməyib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]