Gündəm

Şəhid anasının adı ilə yayılan yanlış məlumat - DİQQƏT.

23-04-2016, 19:18
Xeberman.com xəbər verir ki, bu gün bir sıra saytlarda şəhid anasının adı ilə bir status paylaşılır. Guya Sumqayıt şəhidi Axundov Əbdülməcidin anası sosial şəbəkədə üzüntüsünü əks etdirən status paylaşıb. Oğlu üçün darıxdığını, onun unutmağın çətin olduğunu və s kimi sözlər. Həmin statusu sizə təqdim etməyə ehtiyac görmədik. Biz məsələni araşdırdıqda həmin status və sözlərin şəhid anası ilə heç bir əlaqə olmadığını gördük. O status bir facebook istifadəçinin öz ürək sözləridir ki, bir ananın ürək acısını vəsf edib. Statusda sözü gedən şəhidin anası ilə birgə şəkili də paylaşıldığından bəziləri yanlış anlama ilə onu şəhidin anasına nisbət veriblər. Bir daha qeyd edirik ki, o söz və yazılar hər nə qədər ürək ağrıdan və təsirli olsa da şəhid anası ilə heç bir əlaqəsi yoxdur.

Şəhid anasının adı ilə yayılan yanlış məlumat - DİQQƏT.

Administratorla əlaqə

077 611-55-22

[email protected]