Gündəm

Türkiyədə daha 3 hərbçi şəhid oldu

17-10-2015, 20:57
Türkiyədə daha 3 hərbçi şəhid oldu

Hakkarinin Dağlıca rayonunda PKK terrorçuları ilə çıxan qarşıdurmada 3 hərbçi şəhid olub, 1-i ağır olmaqla 6 hərbçi də yaralanıb. 17 terrorçu öldürülüb.

Reaksiya.az xəbər verir ki, bu faktı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı təsdiq edib.

Şəhid olan hərbçilərdən birinin polkovnik-leytenant rütbəli İhsan Ejdar, 2-nin isə kimlikləri açıqlanmayan astsubay rütbəsində olduğu bildirilib. Baş qərargah əməliyyatda bu ana qədər 17 terrorçunun də təsirsiz hala gətirildiyini deyib.

Qarşıdurmanın ardından hava dəstəkli əməliyyat başlayıb. Rayonda havaya qalxan vertolyotların Dağlıca rayonuna uçduqları görülüb. Dağlıca bölgəsində olan PKK-nı zərərsizləşdirmək üçün son günlərdə bura çoxlu sayda hərbçi sövq edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]