Gündəm

Elşad Mirinin çəyirtkə söhbətinə cavab

9-03-2016, 19:05

Bilmirəm sözə kimdən başlayım çəyirtkədən ya Elşad Miridən?...

Qoy Elşad Miridən başlayaq. Elşad Miri hər dəfə Məhərrəmlik ayında özünəməxsus mövzularla peyda olurdu, din adı ilə bir sıra fikirlər səsləndirib aradan çıxır yenə Aşura günü peyda olurdu. Bu dəfə ənəni pozub və çəyirtkə ilə gündəmə gəlmək istəyir...

Çəyirtkə yeməyin şəri cəhətdən heç bir problemi yoxdur Elşad bəy. Siz özünüzü cəmiyyətə əhli sünnə kimi təqdim etdiyiniz və əhli sünnə adından danışdığınız üçün sizə elə inandığınız mənbədən dəlil yazırıq.


Çəyirtkə ilə bağlı məsələlərin bir qismi əhli sünnə mənbələrində.

Bütün məzhəblər çəyirtkə yeməyin halallığı məsələsində həmfikirdir. Amma çəyirtkənin təzkiyə edilib (kəsmək) edilməməsi məsələsində fikir ayrılığı yaranıb. Maliki məzhəbinə əsasən çəyirtkəni təzkiyə etməmiş yemək olmaz; başqa sözlə, Malikilərin fikrincə bu, caiz deyil. Təzkiyə isə çəyirtkənin ya başını qopartmaqla, ya diri-diri odda qızartmaq yaxud da suda qaynatmaqla olur. Yəni, ölü çəyirtkəni yemək olmaz. (Səhnun, Əl-Müdəvvənə, II cild, s. 57)

Digər məzhəblərdə isə belə birşərt yoxdur. (Şafii, Əl-Ümm, II cild, s. 366; Kəsani, Bədaius-sənai, V cild, s. 36; İbn Qüdamə, Əl-Muğni, XI cild, s. 42; İbn Həzm, Əl-Muhəlla, VI cild, s. 120)
İbn Əbi Əvfa belə demişdir: "Rəsulullahla (s) birlikdə (altı ya da yeddi dəfə) qəzvəyə (döyüşə) çıxmışdıq. Qəzvə vaxtı çəyirtkə yedik”. (Buxari, Sayd (ov), 13; Müslim, Sayd, 52; Əbu Davud, Ətimə (yeməklər, yeməlilər), 22; Tirmizi, Ətimə, 22; Nəsai, Sayd, 37)


Başqa bir hədisdə rəvayət edilir ki, peyğəmbərimiz (s) çəyirtkələr haqqında: "Onlar Allahın ən gur ordusudur. Onu nə yeyərəm, nə də (kiməsə) haram edərəm”, – deyib.( İbn Macə, Sayd, 9; Əbu Davud, Ətimə, 35)

Baxmayaraq ki, bu hədis səhih deyilən kitablarda yer alır amma əhli sünnə bu hədisi qəbul etmir.(Çünki mürsəl-etibarlılıq dərəcəsi zəif olan hədis –dir) Odur ki bütün fiqh alimləri bu hədisə etina etmədən çəyirtkənin halallığına fikir bildirmişlər.

İlahiyyatçı yazar/ Mahir Şəkərov

Elşad Mirinin çəyirtkə söhbətinə cavab

Administratorla əlaqə

077 611-55-22

[email protected]