Gündəm

Rusiyadan Türkiyə vətəndaşlarına yaşıl işıq... - Son dəqiqə

11-03-2017, 10:55
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin mətbuata birgə açıqlama verib.



Musavat.com xəbər verir ki, açıqlamada Putin 1 milyard dollarlıq yeni investisiya fondu qurulacağını bildirib. Putin həmçinin qeyd edib ki, Türkiyə vətəndaşlarına Rusiyada işləmək icazəsi, asan viza veriləcək, türk şirkətlərinə qarşı qadağalar isə tezliklə aradan qaldırılacaq.



Ərdoğan isə Rusiyanın Türkiyəyə qarşı iqtisadi əngəlləri aradan qaldırmasını gözlədiyini bildirib. O, qeyd edib ki, ancaq bundan sonra əvvəllər açıqladıqları 100 milyard dollarlıq həcmdə ticarət əlaqəsini qurmaq mümkün ola bilər. Ərdoğan həmçinin bildirib ki, Türkiyə ilə Rusiyanın ticarət əlaqələri biz zamanlar 38 milyard dollara çatsa da, son dövrlərdə baş verən hadisələr səbəbindən bu rəqəm 17 milyarda düşüb.



Qeyd edək ki, Kremldə Ərdoğanla Putin arasında təkbətək görüş olub, görüşdən sonra Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]