Gündəm

General Vüsal Novruzov dövlətə qulluq edir, yoxsa özünə?!

28-11-2016, 00:58
Vüsal Novruzov dövlətə qulluq edir, yoxsa özünə?! Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov da mətbuatın tez-tez diqqətini çəkən məmurlardandır

İdarə rəisinin adı bir çox qalmaqallı məsələlərdə çəkilir. Keçən il cənab Novruzovun postundan kənarlaşdırılacağı ilə bağlı xəbərlər yayılmasına baxmayaraq, o, hələ də vəzifəsini davam etdirir.

Apardığım araşdırmalar zamanı məlum oldu ki, sözügedən məmurun tez-tez tənqid hədəfinə tuş gəlməsi səbəbsiz deyil. Belə ki, o, Bakı Baş Gömrük İdarəsinin rəisi kimi üzərinə düşən işləri lazımi səviyyədə yerinə yetirə bilmir, üstəlik səlahiyyətinə daxil olmayan məsələlərə qarışır. Buna görə də mətbuat vasitələrinin tənqidinə tuş gəlir. Xatırladaq ki, bir müddət öncə Astara Gömrük Keçid Məntəqəsindən keçən yüklərə görə tələb olunan rüsumların artırılması xəbəri yayılmışdı.(miq.az)Bu barədə məlumat verən sahibkarların bildirdiyinə görə, "rüsum"lar iki dəfə bahalaşdırılmışdı: "Gömrük Məntəqəsinin rəsmiləri isə deyiblər ki, belə bir vəziyyətin yaranmasının səbəbkarı Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdur. Sahibkarlar bildirirdilər ki, əgər keçən il onlar xaricdən gətirdikləri yükə görə hər maşına az "rüsum" verirdilərsə, hazırda bu rəqəm qaldırılıb". 

Vüsal Novruzov dövlətdən çox özü üçün işləyir desək, heç də yanılmarıq.

İdarə rəisi elə səmərəli sistem qurub ki, əldə etdiyi "çirkli pullar”la şəxsi biznes fəaliyyətini də genişləndirə bilir. Ortaya çıxan faktlara görə, mərmər biznesi, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsi üçün nəzərdə tutulmuş "Aqroazerinvest" şirkəti, habelə daha bir neçə iri biznes sahələri onun ixtiyarındadır.

Bundan başqa, hazırda ölkəyə gətirilən mal və məhsulların böyük bir qismi ayrı-ayrı şirkətlərin hesabına sənədləşdirilir. Bunun həyata keçirilməsi isə onunla bağlıdır ki, həm külli miqdarda vəsait büdcədən yayındırılır, həm də böyük məbləğdə "şirinlik" almaq üçün imkan yaradılır. Əgər sahibkar Rusiya və ya Ukraynadan məhsul gətirirsə, onun ölkəyə keçirilməsi əngələ çevrilir. Bu zaman Bakı Baş Gömrük İdarəsində həmin sahibkara təklif olunur ki, dövlət rüsumundan əlavə ödəniş etsin. Həmin məbləği ödəməyə gücü çatmayan sahibkar da əlavə çıxış yolları axtarır. Bu zaman birbaşa "Aqroazerinvest" şirkətinə istiqamətləndirilirlər. Şirkət Bakı Baş Gömrük İdarəsində bu kimi işləri həyata keçirir. Xaricdən mal gətirənlər şirkətə üz tutur və üzləşdikləri problemləri bəzi maraqların təmin edilməsi müqabilində yoluna qoyurlar.

Vüsal Novruzovun sement satışına əl qoyduğu da bir çox mənbələrdə vurğulanır.

Dəbdəbə hərisi olan idarə rəisinin Novxanıda yerləşən iki bağ evinin dəyəri milyonlarla ölçülür. Təbii ki bu bağ evlərinin həyətini bəzəyən maşınların qiyməti də 1 milyon manatdan çoxdur.

Ölkədəki bizneslə yanaşı, Vüsal Novruzovun tez-tez Tiflisə səfər etməsinin səbəbini də tapdıq. Bu səfərlərin əsas məqsədi, Gürcüstanda fəaliyyət göstərən iri ticarət obyektləridir.

Vüsal Novruzovun Elşad Abdullayev ssenarisi: yenə gizli çəkilişlər, yenə siyasi şantaj və KƏMALƏDDİN HEYDƏROV...

Ölkə mediasında adı hər zaman qalmaqallarda hallanan məmur, general Vüsal Novruzovun adı mətbuata ən qapalı məmurlar sırasındadır. Həmçinin generalın rəqibləri ilə münasibəti ilə bağlı da ilginc iddialar var. Bununla bağlı ötürülən məlumat kifayət qədər maraqlıdır.

Məlumatlı mənbənin ötürdüyü məlumata görə, Vüsal Novruzov sabiq ABU rektoru Elşad Abdullayevlə eyni şakərə malikdir. Belə ki, gömrük generalı da otağında keçirdiyi görüşləri, söhbətləri gizli şəkildə lentə aldırır. Bu mənbənin məlumatına görə gizli çəkilişə hədəf olanların dairəsi kifayət qədər genişdir: "Bu çəkilişlərdə tanınmış ictimai-siyasi şəxslər, iş adamları, hətta yüksək vəzifə tutan hökumət adamları da var. Söhbətlərin mövzusu da rəngarəng və genişdir. Burda siyasi mövzular, ayrı-ayrı oliqarxların kapitalları və digər mübhəm məsələlər danışılıb”.

Vüsal Novruzov da Elşad Abdullayev kimi çəkilişlərini komplektləşdirib. Mənbənin bildirdiyinə görə bu çəkilişlər və onların toplanması yalnız həvəskarlıqla bağlı deyil: "Gömrük generalı bütün gizli çəkilişlərini həm də kompromat, özünü müdafiə vasitəsi kimi saxlayır. Əgər V.Novruzova və onun təmsil olunduğu komandaya hər hansı bir təhlükə hiss edilərsə bu videolar mediaya ötürülə bilər. Yəni Elşad Abdullayev videosilsilələrinin yenidən təkrarlanması mümkündür.”Mənbənin məsələ ilə bağlı sayta ötürdüyü məlumatlarda diqqət çəkən məqamlardan biri də, gizli çəkilişlərdən Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun da xəbərdar olmasıdır.

Mövzu ilə bağlı araşdırmamız davam edir...

Administratorla əlaqə

077 611-55-22

[email protected]