Foto Fakt / Şou-biznes

YAP Afaqa diplom verdi: elə bir səhvlə ki... - FOTO

11-04-2018, 20:32
YAP Xəzər Rayon Təşkilatı müğənni Afaq Aslanı fəxri diplomla təltif edib.

Kult.az xəbər verir ki, təşkilat müğənnini YAP-ın namizədi İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə diploma layiq görüb.

Amma mətndə ciddi nöqsana yol verilib. Belə ki, YAP Xəzər RT diplomda "kampaniya” əvəzinə "kompaniya” yazıb.

Zəruri olaraq xatırladaq ki, kampaniya - hər hansı bir mühüm ictimai-siyasi və ya təsərrüfat tədbirini həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlərdir, kompaniya isə şirkət və ya mərasim sözlərinin sinonimi kimi işlənə bilir.

YAP Xəzər Rayon Təşkilatından bildirildi ki, qurum Afaq Aslanı həqiqətən xidmətlərinə görə təltif edib:

"O ki qaldı yol verilən səhvə, hazırda təşkilatın ofisində buna cavab verəcək məsul şəxs yoxdur, hamı seçkilərlə bağlı vəzifələrinin icrası ilə məşğuldur”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]