Foto Fakt

İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı Bakıda – FOTO

1-12-2017, 11:56

Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edən ABŞ prezidentinin qızı, eyni zamanda, müşaviri olan İvanka Trampın Hindistanda keçirilən bir beynəlxalq konfransda fəxrlə təqdim etdiyi azərbaycanlı qız Reyhan Camalova Bakıya qayıdıb.

Bu barədə Oxu.Az xəbər verir.

R. Camalovanı coşqu ilə qarşılayıblar. Yaxınları onu uğuru ilə bağlı təbrik ediblər.

Reyhan Camalova ixtirası və GES haqqında da fikirlərini bölüşüb.

Onun sözlərinə görə, “Rainergy” qurğusunun kütləvi buraxılışı üçün artıq sərmayədarlar müəyyən təkliflər irəli sürüblər.

“Rezervuarda toplana yağış suyu yüksək sürət və təzyiqlə aşağıdakı generatoru hərəkətə gətirir. Bu enerji akkumulyatorda toplanır və insanlar ehtiyacları olduğu zaman həmin enerjidən istifadə edə bilərlər”.

“GES-dən gözləntilərim çox böyükdür. GES mənim gələcək uğurlarım üçün qızıl açardır”, - Reyhan bildirib.










Administratorla əlaqə

077 611-55-22

[email protected]