Foto Fakt

Həzrəti Zeynəbin mövludu münasibətilə Bakıda xanımlara gül hədiyyə edilib (FOTO )

2-02-2017, 21:49
Bu gün həzrəti Zeynəbi-Kübranın (ə) mövlud günüdür.
Bununla əlaqədar olaraq bütün dünyada olduğu kimi Azərbaycanda da Əhli-beyt (ə) ardıcılları mövlud tədbirləri təşkil etməkdədir.
Paytaxt Bakıda bir qrup gənc aktivist də maraqlı təşəbbüs göstərib.
Belə ki, inanclı gənclər şəhərin mərkəzi hissəsində xanımlara mövlud münasibətilə təbriklərini çatdırıb, onlara güllər və Zeynəbi-Kübra (s.ə) haqqında qısa məlumat olan broşurlar hədiyyə ediblər.
Paytaxt sakinləri də bunu təqdirəlayiq hal olaraq dəyərləndirib və öz təşəkkürlərini bildiriblər.





Administratorla əlaqə

077 611-55-22

[email protected]