Elm

TQDK abituriyentlərə xəbərdarlıq edib

30-08-2016, 20:06
TQDK abituriyentlərə xəbərdarlıq edib

Kolleclərə qeydiyyat bu gün saat 17:00-dək davam edəcək.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Xeberman.com-a bildirilib.

30 avqust saat 11:00-a olan məlumata əsasən, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan 6838 abituriyentdən 5526 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib. 1312 abituriyent qeydiyyatdan keçməyib.

Qeydiyyat bu gün saat 17:00-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]