Dünya

6 Avropa paytaxtında fars irqçiliyinə qarşı ertiraz aksiyası keçiriləcək

14-11-2015, 21:28
6 Avropa paytaxtında fars irqçiliyinə qarşı ertiraz aksiyası keçiriləcək

Noyabrın 6-da (abanın 15-də) İran televiziyası Azərbaycan türk millətini təhqir etdikdən sonra Güney Azərbaycanın müxtəlif şəhərləri, həmçinin paytaxt Tehranda irqçiliyə qarşı etiraz yürüşləri keçirildi. Bunun ardından Türkiyə və Quzey Azərbaycanda güney azərbaycanlılara dəstək məqsədi ilə İran rejiminə etiraz edildi. İndi isə 6 Avropa paytaxtında İran səfirliyi qarşısında fars irqçiliyinə qarşı etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.

Güney və Quzey Azərbaycan diasporu Azərbaycan türk millətinin fars irqçiliyinə qarşı etiraz aksiyalarını dəstəkləmək məqsədi ilə İran səfirlikləri qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.

Etiraz aksiyaları noyabrın 28-i yerli vaxtla saat 14:00-da İsveç, Fransa, Almaniya, Macarıstan, Ukrayna və Türkiyə paytaxtlarında keçiriləcək.

Çağırış mətnində aksiyaların keçiriləcəyi adres və təşkilatçı şəxslərin adları elan olunub:

“Bütün dünyada yaşayan Azərbaycanlıların nəzərinə!!!

Biz qardaşlarımızın haqlarının tapdalanmasına biganə qalmırıq. Siz də qalmayın. Kim hansı ölkədə etiraz aksiyası təşkil edə bilirsə, adları aşağıda sadalanan ölkələrdə qoşulmaq imkanı varsa, buyursun! Uzun uzadı mətn yazıb müraciət etməyə heç bir lüzum görmürük. Hər şey göz qabağındadı, vəziyyətdən hamınız xəbərdarsınız. Əlavə təklifi olanlar, buyursunlar. Hazırlaşmağa yetərincə zamanımız var! 28 noyabr 2015-ci il saat 14:00-da Cənubi Azərbaycanda haqları tapdalanan, təhqir olunan həmvətənlilərimizə dəstək aksiyasına start veririk. Eyni gündə, eyni saatda bütün dünyada yaşayan həmvətənlilərimizi aksiyamıza qoşulmağa dəvət edirik. Siyasi baxışından, dini etiqadından, əqidəsindən asılı olmayaraq, özünü Azərbaycanlı hesab edən hər kəsin bu aksiyaya qoşulmaq borcudur. Siyahıda adları olan ölkələrdə yaşayan , İsveçrə, Fransa, Almaniya, İsveç, Macatrıstan, Türkiyə, Ukrainada - İran İslam Respublikasının səfirliyi qarışısında aksiyaya qoşulmaq istəyənlər həmin ölkələrdə aksiyanın təşkilatçılarına müraciət etsinlər. Və ya bura yazsınlar. Ümumiyyətlə yazmadan, müraciət etmədən aksiya keçirilən ünvanlara gəlib dəstək verə bilər. Ölkələrin və təşkilatçıların adlarını bu səhifədə qeyd edirik:

1. İsveçrə - Laçın Məmişov, Elşad Məmmədov

2. Fransa – Elşad Abdullayev

3. Almaniya – Riyad Əliyev

4. Macarıstan – Qadir Əliyev

5. Ukraina – Elşən Cavadzadə

6. Türkiyə - Ömər Koşar

Ünvanlar:

Thunstrasse 68 - 3006 Bern - Embassy of the Islamic Republic of Iran

Ambassade de la republique Islamique d iran a Paris 4 avenue d iena 75116 PARIS

Podbielskiallee 65-67, 14195 Berlin, Germany

Tahran Cad. No: 10, 06700 Kavaklidere, Ankara, Turkey

Kruhlouniversytetska St., 12, Kyiv 01901, Ukraine
(Gunaz.tv)
Karabakhmedia.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]