Dünya

İŞİD hədəfində olan şəxslərin siyahısını yayımladı

9-06-2016, 16:22
Eastnews.org-un verdiyi xəbərə görə, İŞİD üzvü internet hakerləri təşkilatın hədəfində olduğu bildirilən 8 mindən artıq istifadəçinin şəxsi məlumatlarını dərc edib. "Birləşmiş Kiber Xilafət” adlı İŞİD-lə əlaqəli qrup tərəfindən internetdə nəşr olunan və bu günə qədər açıqlanan hədəf göstərilənlərin ən uzun siyahısında 3383 ABŞ-lı, 312 kanadalı, 69 avstraliyalı və indoneziyalı şəxslərin adları da var. İŞİD-in "Müsəlmanların intiqamını almaq məqsədilə hədəfə alınacaq olanlar” siyahısında yer alan şəxslərin tam olaraq hansı səbəblərlə siyahıya əlavə olunduğu barədə bir açıqlama verilməyib. Siyahıda təhdid edilən şəxslərin adları, ev ünvanları və telefon nömrələri yer alır. İŞİD-ə bağlı hakerlər daha əvvəl də aralarında bir çox ölkədən yüksək vəzifəli şəxslərin adının yer aldığı müxtəlif ölüm siyahıları dərc etdirmişdi. Hakerlər, həmçinin İŞİD-ə dəstək məqsədilə ABŞ-ın hərbi hava bazalarının yer aldığı peyk görüntülərini də internetdə bölüşmüşdü.

Administratorla əlaqə

077 611-55-22

[email protected]