Dünya

Azərbaycanlı şair vəfat etdi

18-05-2016, 15:35

Moskvada azərbaycanlı şərqşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi Əlipənah Abışov vəfat edib.

Azərbaycan Mədəniyyəti İnkişafı və İntibahı fondunun direktoru Şamil Tağıyevin verdiyi məlumata Şəhriyar Ədəbi Məclisinin fəal üzvlərindən olan Əlipənah müəllimlə vida mərasimi Rusiya paytaxtının "Otradnoe” metrostansiyası yaxınlığındakı məsciddə keçirilib.

Mərhum bu gün Moskva vilayətinin Lobno şəhərindəki "Perepeçenskaya" qəbiristanlığında dəfn ediləcək.
Azərbaycanlı şair vəfat etdi

Administratorla əlaqə

077 611-55-22

[email protected]