Dünya

Netaniyahu ​Obama ilə görüşdən imtinaya aydınlıq gətirib

8-03-2016, 18:04
ABŞ-da prezident seçkisi kampaniyasına cəlb edilməmək üçün ölkə prezidenti Barak Obama ilə görüşdən imtina etdim". 

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Binyamin Netaniyahu Vaşinqtona səfər etməməsinə aydınlıq gətirərkən bildirib.

"ABŞ-da prezidentliyə namizədlər İsrailin əsl dostu olduqlarını nümayiş etdirəmək üçün yarışırlar. Mən isə bu kampaniyaya cəlb edilmək istəmirəm", - deyə hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, martın 18-də Binyamin Netaniyahu Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşməli idi. Bundan başqa, martda onun Amerika-İsrail Komitəsinin ictimai işlər üzrə iclasında çıxışı da gözlənilirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]