Dünya

Barak Obama ilk dəfə məscidi ziyarət edib

4-02-2016, 01:25
ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq Amerikada məscidi ziyarət edərək, Baltimor şəhərində İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşüb. 

"Amerikanın səsi" xəbər verir ki, Obama müsəlman amerikalıların narahatlıqlarını müzakirə etmək və onların fikirləri ilə tanış olmaq məqsədilə dəyirmi masa söhbətində iştirak edib. 

ABŞ prezidentinin məscidə ilk ziyarətinin səbəbi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlıdır.Ağ Evin sözçüsü bildirib ki, prezident Obama bundan öncə xarici ölkələrə səfərləri zamanı məscidləri ziyarət edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]