Dünya

Obama məsciddə çıxış edəcək

31-01-2016, 18:55

ABŞ prezidenti Barak Obama öz prezidentliyi dövründə ilk dəfə olaraq məscidə gedəcək. Dövlət başçısı Merilend ştatının Baltimor şəhərində yerləşən məscidi ziyarət edəcək.

Qeyd olunur ki, Obamanın məscidə ilk ziyarətinin səbəbi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlıdır.

ABŞ prezidenti Baltimorun İslam icması qarşısında çıxış edəcək və onlarla etiqad azadlığı məsələlərini müzakirə edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]