Dünya

Rusiyadan Türkiyəyə gələn turist sayı 50%-ə yaxın azaldı

28-01-2016, 09:10

Rusiyadan Türkiyəyə gələn turist sayı 50%-ə yaxın azaldıRusiyaya məxsus təyyarənin Türkiyə-Suriya sərhədində türklər tərəfindən vurulmasından sonra, Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalar turizm sektoruna təsirini göstərir. 

Oxu.Az bu barədə Milliyyet-ə istinadən xəbər verir. 

Rusiyanın turizm agentlikləri vasitəsilə Türkiyəyə turist göndərilməsini və charter uçuşlarını qadağan etməsinin təsiri ilə Rusiyadan Türkiyəyə gələn ziyarətçi sayı 2015-ci İlin dekabr ayında 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 46,86% azalıb. 

Türkiyənin Mədəniyyət və Turizm nazirliyinin məlumatına görə, ötən ilin dekabr ayında Rusiyadan gələn turistlərin sayı 2014-cü ildəki 47 954 nəfərdən, 25 485 nəfərə düşüb. 

2015-ci ilin sonunda isə Rusiyadan gələn ziyarətçi sayı 18,53% azalaraq, 3 milyon 649 min olmuşdu. 2014-cü ildə isə bu rəqəm 4 milyon 479 min nəfər olub. 

Ülviyyə R. Əli

Administratorla əlaqə

077 611-55-22

[email protected]